MKT İstehsalat Kommersiya (MKT Cotton)

Nəqliyyat elektriki (Bərdə)

Bərdə, Azərbaycan

27.12.22


Qeyd

  • Nəqliyyat elektriki özüyeriyən texnika və avtomobillərin elektrik hissələrinin sökülməsi\təmiri\quraşdırma üzrə işləri yerinə yetirir;
  • Texnika\avtomobillərin komputer proqramı vasitəsilə diaqnostika aparılması və qüsurların müəyyən edilərək aradan qaldırılması;
  • İstismar və təmir prosesində qüsurların aşkar edilməsi və aradan qaldırılması;
  • Səmərəli bərpa işlərinin aparılması;
  • Mexaniklərin nəzarəti altında dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş texnikanın sınaqdan keçirilməsi və təhvil verilməsi;
  • Texnikaların düzgün işlədiyinə əmin olmaq məqsədi ilə son təmizləmə, nizamlama işləri aparmaq;
  • Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;
  • Fərdi mühafizə vasitələrindən istifadə qaydalarını bilməli;
  • İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və predmetləri uzaqlaşdırmaq;
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
  • İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
  • İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və işə hazırlaşmaq:
  • İş üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
  • İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaqla iş yerini təmizləmək;
  • Bütün daxili prosedur,təlimat və qaydalara riayət etmək;
  • Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətinə uyğun digər işlərin həyata keçirilməsi.


Əlavə məlumat:


  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Altı günlük iş həftəsi;
  • İş yeri: Bərdə MKT İK MMC;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.


Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Nəqliyyat elektriki (Bərdə)- aqrokadr.az” mövzusu ilə career@mktcotton.com və career@agro.gov.az elektron ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 30.01.23


"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir

Oxşar Elanlar